AZ

Ukraynada daha bir azərbaycanlı həlak oldu

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Modern.az xəbər verir ki, Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini Elnur İbrahim oğlu Əliyev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.

Bir neçə gün əvvəl gedən şiddətli döyüşlərdə Elnur Əliyev həyatını itirib.

Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10-a yaxın Zaqatala sakini döyüşlərdə ölüb. (Mənbə: lent.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
11
modern.az

10Mənbələr