AZ

Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini Elnur İbrahim oğlu Əliyev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.
Bir neçə gün əvvəl gedən şiddətli döyüşlərdə Elnur Əliyev həyatını itirib.
Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10-a yaxın Zaqatala sakini döyüşlərdə ölüb.
Seçilən
1
11
oxu.az

10Mənbələr