AZ

AMEA-nın şöbə müdiri: "Toy və yas mərasimləri bəhsə girmək üçün bir fürsətə çevrilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Toy və yas mərasimlərində israfçılıq halları ideoloji fəsadlara yol aça bilər".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu fikirləri AMEA Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
Onun sözlərinə görə, bu kimi məclislər artıq şan-şöhrət, özünü göstərmək və bəhsə girmək üçün bir fürsətə çevrilib.
"Dəqiq təhlil edəndə görünür ki, maarifləndirmə işlərinin qarşısına çıxan bəzi qüvvələr, tərəflər və maraqlar var", - o əlavə edib.
E.Mustafayev bu cür israfçılıq hallarının dini müstəvidə də yolverilməz olduğunu vurğulayıb.
Seçilən
15
50
oxu.az

10Mənbələr