AZ

Bakıdan bu şəhərə aviareys bərpa olunur

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır. Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb. Diplomat xatırladıb ki, bir neçə il sürən aradan sonra Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq sentyabrın 4-ü axşam saatlarında AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reys baş tutub: "Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".

Seçilən
6
22
metbuat.az

10Mənbələr