Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə X-də yazıb.
Diplomat xatırladıb ki, bir neçə il aradan sonra Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq sentyabrın 4-ü axşam saatlarında AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reys baş tutub:
"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31