1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naftalan şəhərində parkda ölüm hadisəsi baş verib..
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin mərkəzi parkında qeydə alınıb.
Şəhər sakini, 1956-cı il təvəllüdlü Məhyəddin Həsən oğlu Musayev parkda gəzərkən qəfil halı pisləşib. O, elə parkda dünyasını dəyişib.
İlkin məlumata görə, 69 yaşlı M.Musayev qəfil infarktdan dünyasını dəyişib.
Araşdırmalar Naftalan Şəhər Prokurorluğu tərəfindən aparılır.
Samir Əli