AZ

Xızıda 36 yaşlı kişinin üzərinə darvaza aşdı, xəstəxanada öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xızı rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sitalçay qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənov yaşadığı evin həyətində iş görərkən həyətin giriş darvazası onun üzərinə aşıb. Qonşuların köməyi ilə C.Həsənov Sumqayıt Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Seçilən
53
27
oxu.az

10Mənbələr