AZ

Cüdoçularımızdan 2 qızıl, 1 bürünc medal - AÇ

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, ilk yarış günündə millimizin 3 üzvü fəxri kürsüyə qalxıb.

Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

Seçilən
67
6
football-plus.az

10Mənbələr