AZ

Azərbaycan cüdoçuları Avropa çempionatında fəxri kürsüyə qalxdı

BAKI, 4 sentyabr. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Teleqraf federasiyanən rəsmi saytına istinadən xəbər verir ki, Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələniblər.

Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.

Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

Seçilən
70
6
teleqraf.com

10Mənbələr