AZ

Cəlilabad qəzasında xəsarət alan 8 nəfərin SON VƏZİYYƏTİ

ain.az bildirir, Bizim media portalına istinadən.

Sentyabrın 4-də saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

MÖVZU İLƏ BAĞLI:Cəlilabadda ağır qəza: Yaralıların 5-i UŞAQDIR

1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 7 şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
2
bizim.media

10Mənbələr