AZ

Cəlilabad qəzasında xəsarət alan 8 nəfərin SON VƏZİYYƏTİ

Sentyabrın 4-də saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda ağır qəza: Yaralıların 5-i UŞAQDIR


1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Digər 7 şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Bizim.Media

Seçilən
68
2
bizim.media

10Mənbələr