Sea Breeze

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Sabirov Qabil Əlisahab oğluna məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib.

Baxış zamanı restoranın mətbəx sahəsində sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX