AZ

“Sərin meşə”də isti yoxlama

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Sabirov Qabil Əlisahab oğluna məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib.

Agentlikdən "Yeni Sabah"a verilən məlumata görə, baxış zamanı restoranın mətbəx sahəsində sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib.

Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Sezar pizza

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.


Telegram kanalımız
Seçilən
11
8
yenisabah.az

10Mənbələr