AZ

BP “Şahdəniz”də 321 milyon dollarlıq müqavilə imzlayıb-AÇIQLAMA

“Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon ABŞ dolları dəyərində müqavilə imzalandığını elan edib.

AzPost bildirir ki bu barədə “Şahdəniz” layihəsinin operatoru BP məlumat yayıb.

Məlumata görə, müqavilə “Azfen” şirkətinə həvalə edilib. Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır.

Müqavilənin iş həcminə ŞDK platforması üçün 8 500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə Azfenin Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.
Üst modulların tikintisi işlərinin 2025-ci ilin dördüncü rübündə başlanacağı və 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90%-dən çoxu yerli mütəxəssislər olmaqla 3 000-dən artıq işçi qüvvəsi cəlb olunacaq.

“Düşünürük ki, ŞDK layihəsindəki bu irəliləyiş Şahdəniz tərəfdaşları və ümumiyyətlə ölkə üçün mühüm bir hadisədir. Bu uğur layihədə çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır”, – BP-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond qeyd edib.

AzPost.az

Seçilən
40
11
azpost.info

10Mənbələr