AZ

Tailandda başı yerə çırpılan rusiyalı qadın hər şeyi unutdu: Köhnə rus dilində danışmağa başladı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Tailandda rusiyalı turistin başına qeyri-adi hadisə gəlib.

Oxu.Az bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Tomskdan olan 45 yaşlı Yelena bir müddət əvvəl ölən atasının dəfn mərasimindən sonra mənəvi rahatlıq tapmaq üçün kurorta yollanıb. Lakin tətil faciəyə çevrilib - gəldiyi ikinci gündə Yelena hovuzun kənarındakı nəm pilləkənlərdə sürüşərək yıxılıb və başı bərk şəkildə yerə çırpılıb, sonra isə suya yıxılıb. Xoşbəxtlikdən yaxınlıqdakı şəxslər tez köməyə gələrək onu çıxarıblar.

Həkimlər rusiyalı qadına kəllə-beyin travması, qulağın sınığı və amneziya (yaddaşın itirilməsi) diaqnozu qoyublar, həmçinin daha da ağırlaşmaların qarşısını almaq üçün ciddi cərrahiyyə - kəllə sümüyünün trepanasiyasını (kəllənin sümük toxumasında əsas boşluğa daxil olmaq üçün bir deşik açmaq məqsədilə aparılan cərrahi əməliyyat - red.) tövsiyə ediblər.

Ancaq zədənin ən təəccüblü nəticəsi o olub ki, yaddaşını itirmiş, özü haqqında heç nə xatırlamayan və hətta yaxın dostlarını belə tanımayan Yelena yalnız köhnə rus dilində danışmağa başlayıb. Bu linqvistik fenomen mütəxəssisləri çaşdırıb.

Ehtimal edilir ki, beynin bu qeyri-adi reaksiyası zərərçəkənin professional keçmişi ilə əlaqəli ola bilər - Yelena təhsilinə görə filoloqdur, dil və pedaqogika tarixini öyrənib. Ola bilsin ki, zədə uzunmüddətli yaddaşda saxlanılan dərin bilikləri aktivləşdirib, eyni zamanda da sonrakı xatirələrə girişi əngəlləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
oxu.az

10Mənbələr