AZ

Lənkəranda "VAZ" "Chevrolet"lə toqquşdu - Xəsarət alanlar var

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin "Qala Xiyabanı" deyilən ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili ilə  "Chevrolet Cruz" markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb.

Sonra da yaxınlıqda olan marketin soyuducusunu sıradan çıxarıb. Qəzada 3 nəfər, Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Mübariz Akif oğlu Əsədov, 1992-ci il təvəllüdlü Vüsalə Hikmət qızı Əhmədli və 1979-cu il təvəllüdlü Aypara Balakişi qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətlərinə uyğun olaraq müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
52
6
news24.az

10Mənbələr