Çində keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatındakı görüşə gedən liderlərdən ikisinin yanında olan xanımlar Çin lideri Si Cinpinlə salamlaşmaqdan imtina edib.
Ölkə.Az xəbər verir ki, sammitə qatılan İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian İslam dini qaydalarına uyğun olaraq Çin prezidenti ilə salamlaşmayıb.
Bundan əlavə, Malayziyanın baş naziri Ənvər İbrahimin həyat yoldaşı Van Əzizah da Tiencin şəhərində Sammitdə Si Cinpinlə əl sıxmaqdan hörmətlə imtina edib.
Billurə Yunus