AZ

Çinin birinci xanımının əli havada qaldı – diplomatik gərginlik - VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsində maraqlı bir diplomatik an yaşanıb. İran Prezidenti, Çin dövlət başçısı Si Cinpinin həyat yoldaşı ilə əl sıxmaqdan imtina edib. Ardınca isə İran Prezidentinin xanımı da Si Cinpin ilə əl sıxmayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Çin'in birinci xanımı bu vəziyyət qarşısında təəccübünü gizlədə bilməyib. Onun havada qalan əli və çaşqın baxışları kameralara yansıyıb. Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılaraq milyonlarla baxış toplayıb.

İstifadəçilərin böyük qismi hadisəni diplomatik incəliklər və mədəniyyət fərqləri prizmasından şərh edib. Bir çoxları isə bu məqamı siyasi mesaj olaraq qiymətləndirib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
0
2
milli.az

10Mənbələr