Bakı. Trend:
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasındaEnerji üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclasıkeçirilib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.
İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəriZaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasındaenerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçiQrupunun uğurlu fəaliyyətini qeyd edib. Qarşılıqlı müzakirələr,uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində ölkələrimiz arasındaenerji tərəfdaşlığının daha da güclənərək strateji xarakter aldığıvurğulanıb. Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrəəməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilibvə hər iki ölkənin enerji şirkətləri arasındakı əməkdaşlıq yüksəkqiymətləndirilib. Macarıstan tərəfinin Cənub Qaz Dəhlizi və YaşılEnerji Məşvərət Şuralarının iclaslarında, Bakı Enerji Həftəsindəiştirakı, xüsusilə COP29 tədbiri çərçivəsində ölkəmizin irəlisürdüyü enerji təşəbbüslərinə verdiyi dəstək yüksəkqiymətləndirilib. Çıxışda, həmçinin Azərbaycan, Gürcüstan,Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı vəötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər,Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsininəhəmiyyətindən bəhs edilib.
Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və TicarətNazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanımİzabella Feierabend isə çıxış edərək iki ölkə arasında enerjiəməkdaşlığının müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdiyinibildirib. Neft-qaz sahəsində həyata keçirilən birgə layihələr vəinfrastruktur imkanları ilə bağlı fikirlərini bölüşüb, yaşıl enerjivə enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılmasının vəenerji səmərəliliyi sahəsində əməkdaşlığın artırılmasınınvacibliyini vurğulayıb.
İclasda İşçi Qrupun 4-cü iclasından ötən dövr ərzində görülmüşişlərə dair məlumat verilib, neft və qaz, bərpa olunan enerji,enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələri üzrəəməkdaşlıq, həyata keçirilən layihələrə dair təqdimatlardinlənilib.
Sonda Enerji üzrə İşçi Qrupun 5-ci iclasının yekunlarına dairProtokol imzalanıb.