Bakı. Trend:
2 sentyabr tarixində IDEA İctimai Birliyinin təşəbbüsü iləDaxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyininnümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimiadına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən “Turan”restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
Monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisindəqanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığıaşkarlanıb. Həmin heyvanlar Bakı Zooloji Parkının baytarmütəxəssisləri tərəfindən ərazidən götürülüb. Hal-hazırda klinikşəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlarmövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır.Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlərsəbəbindən bu növlərin sayı kəskin azalmışdır. Bir neçə il əvvəlşəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətindəaparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyevanın iştirakı ilə “Urban Ecology” (Şəhər ekologiyası)layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşularburaxılıb.
Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilətezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
Sevindirici haldır ki, son illər ölkədə aparılan genişyaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimaiBirliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsihalları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib ki, bu daşəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbitşərait yaradır. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağabir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanmasıhallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda, IDEAİctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə vəya rəsmi sosial media kanallarına məlumat vermələrini xahişedir.