AZ

Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən şəxsi avtomobil vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən şəxsi avtomobil vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüf ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.
Növbəti belə bir qəza ötən gün axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm piyadalara, həm də sürücülərə müraciət edir:
1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!
2. "Keçid olmasa da olar deyib, yolu keçməyin". Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olurlar. Yolu yalnız piyada keçidlərindən keçin!
3. İşıqforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir!
4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən həssas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.
Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir.
Seçilən
74
50
oxu.az

10Mənbələr