AZ

Azərbaycan regionda etibarlı tərəfdaş kimi Çinin diqqət mərkəzindədir- ÖZƏL

"Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər ötən onilliklər ərzində dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulmuşdur. İki ölkə arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf etmiş, qarşılıqlı dəstək beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərmişdir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da Çin Xalq Respublikasına işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional sülhün beynəlxalq miqyasda dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: "Səfərin həm ikitərəfli görüşlər, həm də çoxtərəfli formatda aparılan müzakirələrlə zəngin olması onun əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin ilə görüşü, aparıcı Çin şirkətləri ilə danışıqları və "ŞƏT plyus" formatında keçirilmiş müzakirələr səfərin çoxşaxəli xarakterini nümayiş etdirmişdir.
Bu səfər yalnız siyasi dialoqun dərinləşməsi deyil, həm də iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı maraqların təmin olunması baxımından yeni imkanlar açır. Çin Xalq Respublikasının rəhbərliyi ilə aparılan yüksək səviyyəli görüşlərdə qlobal siyasətdə qarşılıqlı dəstək məsələləri müzakirə olunmuş, beynəlxalq hüquqa hörmətin, suverenlik və ərazi bütövlüyü prinsiplərinin önəmi vurğulanmışdır. "Bir kəmər, bir yol" təşəbbüsünə uyğun olaraq Azərbaycanın Orta Dəhliz vasitəsilə tranzit potensialı və ticarət rəqabətliliyi diqqət mərkəzində olmuşdur.

Eyni zamanda, Azərbaycan regionda etibarlı tərəfdaş və mühüm tranzit ölkə kimi Çinin diqqət mərkəzindədir. Belə ki, "Bir kəmər, bir yol" təşəbbüsü ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uzlaşdırılması xüsusi önəm kəsb etmişdir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı kimi layihələr Çinin Avropaya çıxışında strateji mövqeyi gücləndirir. Azərbaycan Prezidenti Çinin aparıcı enerji, infrastruktur və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə bərpa olunan enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuş, bir sıra razılaşmalar əldə edilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

8Mənbələr