Bakı. Trend:
Sentyabrın 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxiliİşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyininnümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimiadına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən “Turan”restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
Trend xəbər verirki, monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisindəqanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığıaşkarlanıb. Həmin heyvanlar Bakı Zooloji Parkının baytarmütəxəssisləri tərəfindən ərazidən götürülüb. Hal-hazırda klinikşəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlarmövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır.Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlərsəbəbindən bu növlərin sayı kəskin azalmışdır.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərininmühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraqHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Urban Ecology”(“Şəhər ekologiyası”) layihəsi çərçivəsində Bakı şəhərində təbiətəyaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyasınəzərdə tutulur.
Sevindirici haldır ki, son illər ölkədə aparılan genişyaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimaiBirliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsihalları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib. Bu daşəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbitşərait yaradır.
IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir dahaçağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarınayol verilməməsini, bu kimi hallarla rastlaşdıqda IDEA İctimaiBirliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmisosial media kanallarına məlumat vermələrini xahiş edir.