Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Babar Bəluç Əfqanıstanda 1000-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra humanitar yardım imkanlarının tükəndiyini bildirərək, təcili dəstək üçün bütün dünyaya müraciət etdiklərini söyləyib.
Busaat.az xəbər verir ki, Bəluç bu qiymətləndirməni Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında verib.
O, bəyan edib ki, BMT QAK Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələdən sonra zərər çəkmiş icmalara kömək etmək üçün öz resurslarını səfərbər edib.
Bəluç həmçinin qeyd edib: “Sağ qalanlar evlərinin dağıldığını gördülər və gecəni çöldə yataraq keçirdilər. Təsirə məruz qalan ərazilər uzaqdır, yollar bağlanıb və ya dağılıb. Çox sayda insanın hələ də dağıntılar altında qalması qorxuludur. Ölənlərin sayının yaxın günlərdə artacağı gözlənilir”.
Yeganə