AZ

"Əfqanıstanda zəlzələdən sonra yardım imkanları tükənib" - BMT

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Bəluç bildirib ki, Əfqanıstanda 1000-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra humanitar resurslar tükənib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.

Zəlzələ nəticəsində yüzlərlə kənd dağılıb, yollar bağlanıb, xilasetmə işləri isə infrastrukturun zəifliyi səbəbindən çətinləşib. Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə görə, ölənlərin sayı 1124, yaralıların sayı 3251 nəfərə çatıb.

BMT-nin məlumatına görə, ölkə həmçinin Pakistandan qayıdan 2,5 milyon əfqanın inteqrasiyası ilə mübarizə aparır.

“Biz bütün dünyaya təcili dəstək üçün müraciət edirik,” – deyə Bəluç bildirib.

Seçilən
48
25
manset.az

10Mənbələr