Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.
“5400-dən çox ev isə tamamilə dağılıb”, – o vurğulayıb.
***
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
Xəsarət alanların sayı isə 3000 nəfərdir.
Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.