Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.
"5400-dən çox ev isə tamamilə dağılıb", - o vurğulayıb.
***
12:20
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “Reuters” Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Məlumata görə, 8 mindən çox ev dağılıb, 3251 nəfər yaralı var.
***
10.52
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
APA xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
Xəsarət alanların sayı isə 3000 nəfərdir.
Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.