ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
10 sentyabr 2025-ci il tarixində “PAŞA Property Management” MMC-nin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.Bizim.Media xəbər verir ki, Atletlər kəndində baş tutacaq tədbir saat 10.00-dan 14.00-dək davam edəcək. Əmək yarmarkası çərçivəsində elektrik (həmçinin zəif axın üzrə elektrik), mexanik (santexnik/ havalandırma/ hovuz), təmizlik işçisi (bəy namizədlər), qəbul otağının işçisi, təhlükəsizlik işçisi, xadimə və bağban işləri üzrə vakansiyalar təqdim olunacaq.
Ünvan: Koroğlu metrosu, Atletlər kəndiŞirkət haqqında: PAŞA Property Management premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Şirkət lüks və premium sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edir.
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.