AZ

İş axtaranların NƏZƏRİNƏ: PAŞA Property Management vakansiya ELAN EDİR

10 sentyabr 2025-ci il tarixində “PAŞA Property Management” MMC-nin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

Bizim.Media xəbər verir ki, Atletlər kəndində  baş tutacaq tədbir saat 10.00-dan 14.00-dək davam edəcək. 

Əmək yarmarkası çərçivəsində elektrik (həmçinin zəif axın üzrə elektrik), mexanik (santexnik/ havalandırma/ hovuz), təmizlik işçisi (bəy namizədlər), qəbul otağının işçisi, təhlükəsizlik işçisi, xadimə və bağban işləri üzrə vakansiyalar təqdim olunacaq. 
Ünvan: Koroğlu metrosu, Atletlər kəndi

Şirkət haqqında: PAŞA Property Management premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Şirkət lüks və premium sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edir.


Bizim.Media

Seçilən
87
1
bizim.media

10Mənbələr