AZ

Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb

Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyardan 8 milyarda düşüb.

Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafik Verdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY  Azərbaycan 2025"in bağlanış mərasimi çərçivəsində "İq|im Dəyişmələri Kontekstinda Su Təhlükəsizliyi" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur:

"Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Ölkəmizdə təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir".

R.Verdiyev bildirib ki, son 34 ildə ölkənin əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb:

"Ən çox azalma 19 faiz olmaqla yay dövründə müşahidə olunub. İllik azalma özünü daha çox çayın Mingəçevir su anbarından așağı axınında göstərir. Bu göstərici 28 faiz olub".

Seçilən
26
5
olke.az

6Mənbələr