Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb.
Yenisabah.az xəbər verir ki, bunu Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafik Verdiyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur: Marqarita pizza
"Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir".
R.Verdiyev bildirib ki, son 34 ildə Azərbaycanın əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb:
"Ən çox azalma 19 faiz olmaqla, yay dövründə müşahidə edilib. İllik azalma özünü daha çox çayın Mingəçevir su anbarından așağı axınında göstərir. Bu göstərici 28 faiz olub".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.