Bakı. Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəlilisenziyası ilə fəaliyyət göstərən A-Solutions Elektron Pul Təşkilatı MMCbeynəlxalq səviyyədə nailiyyət əldə edib. İnnovativ maliyyə həlliolan akart nüfuzlu International Finance Awards çərçivəsində “ƏnYaxşı Yeni Təmassız Elektron Pulqabı” və “Ən İnnovativ Yeni VirtualKart Fintex Həlli” nominasiyalarında qalib seçilib.
Bu mükafat təşkilatın innovasiya yönümlü inkişafstrategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının vərəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalqmiqyasda tanınmasının göstəricisidir.
A-Solutions Elektron Pul Təşkilatının Baş icraçı direktoru HəsənHəsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib:“Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızınistifadəçilərə daim təkmilləşən təcrübə təqdim etmək istiqamətindəgöstərdiyi səylərin nəticəsidir. Məqsədimiz - müştərilərimizinhəyatını asanlaşdırmaq, onlara rahat və əlçatan maliyyə həlləritəqdim etməkdir. Bu uğurun əldə olunmasında müştərilərimizinetimadı, komandamızın əməyi və tərəfdaşlarımızın davamlı dəstəyimühüm rol oynayıb”.
Ölkəmizdə rəqəmsal maliyyəyə çıxışı genişləndirmək məqsədiləakart istifadəçiləri üçün davamlı olaraq yeni funksiyalar təqdimedir. Diqqətçəkən yeniliklərdən biri kiçik məbləğli kreditlərinsürətli və tam rəqəmsal şəkildə əldə edilməsinə imkan verən“Tamamla” məhsuludur. Xüsusi qiymətləndirmə modeli əsasında təqdimolunan bu həll maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və gündəlikehtiyacların operativ şəkildə qarşılanmasına şərait yaradır.
Oyun mexanikası əsasında qurulan “Şansını akart-da Tap!”kampaniyası istifadəçilərə ödənişlər zamanı hədiyyələr və internetbonusları qazandıraraq gündəlik xərcləri daha sərfəli edib. Böyükmarağı nəzərə alaraq, kampaniyanın mütəmadi olaraq istifadəçilərətəqdim olunması planlaşdırılır.
1 sentyabr tarixindən etibarən akart keşbek loyallıq proqramınıyeniləyərək istifadəçilərə onların maraq və həyat tərzinə uyğunkateqoriyaları seçmək imkanı yaradıb. Bu dinamik yanaşma kateqoriyaçeşidinin genişləndirilməsi və aylıq qazanc limitinin artırılmasıilə yanaşı, istifadəçilərə daha fərdiləşdirilmiş və rahat təcrübətəqdim etməyi hədəfləyir.
Bundan əlavə, AZAL Miles ilə əməkdaşlıq çərçivəsində müştərilərətopladıqları milləri səyahətlə yanaşı, mobil və kommunalödənişlərdə də istifadə imkanı ilk akart tərəfindən yaradılıb.
Həmçinin təqdim edilən “aKredit” xidməti vasitəsiləistifadəçilər banka getmədən, cəmi iki dəqiqə ərzində 25,000 AZN-əqədər nağd krediti tam rəqəmsal formada əldə edə bilirlər.
Bu yeniliklər akart-ın rəqəmsal maliyyə bazarında mövqeyini dahada möhkəmləndirməklə yanaşı, istifadəçilərə daha rahat və sürətlixidmətlər təqdim etməyə imkan yaradıb. A-Solutions Elektron PulTəşkilatı istifadəçi təcrübəsini zənginləşdirəcək yenifunksionallıqlar və yaradıcı həllər üzərində işləyir və daiminkişaf edən rəqəmsal maliyyə sahəsində yeniliklər təqdim etməyədavam edir.