AZ

“Akart” iki beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyət göstərən “A-Solutions” Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib.

Publika.az xəbər verir ki, innovativ maliyyə həlli olan akart nüfuzlu “International Finance Awards” çərçivəsində “Ən Yaxşı Yeni Təmassız Elektron Pulqabı” və “Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli” nominasiyalarında qalib seçilib.

Bu mükafat təşkilatın innovasiya yönümlü inkişaf strategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının və rəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.

“A-Solutions” Elektron Pul Təşkilatının Baş icraçı direktoru Həsən Həsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib: “Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızın istifadəçilərə daim təkmilləşən təcrübə təqdim etmək istiqamətində göstərdiyi səylərin nəticəsidir. Məqsədimiz - müştərilərimizin həyatını asanlaşdırmaq, onlara rahat və əlçatan maliyyə həlləri təqdim etməkdir. Bu uğurun əldə olunmasında müştərilərimizin etimadı, komandamızın əməyi və tərəfdaşlarımızın davamlı dəstəyi mühüm rol oynayıb”.

Ölkəmizdə rəqəmsal maliyyəyə çıxışı genişləndirmək məqsədilə akart istifadəçiləri üçün davamlı olaraq yeni funksiyalar təqdim edir. Diqqətçəkən yeniliklərdən biri kiçik məbləğli kreditlərin sürətli və tam rəqəmsal şəkildə əldə edilməsinə imkan verən “Tamamla” məhsuludur. Xüsusi qiymətləndirmə modeli əsasında təqdim olunan bu həll maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və gündəlik ehtiyacların operativ şəkildə qarşılanmasına şərait yaradır.

Oyun mexanikası əsasında qurulan “Şansını akart-da Tap!” kampaniyası istifadəçilərə ödənişlər zamanı hədiyyələr və internet bonusları qazandıraraq gündəlik xərcləri daha sərfəli edib. Böyük marağı nəzərə alaraq, kampaniyanın mütəmadi olaraq istifadəçilərə təqdim olunması planlaşdırılır.

Seçilən
24
14
publika.az

10Mənbələr