2025-ci ilin yanvar-avqust aylarında gömrük xətti ilə büdcə daxilolmaları 4 160,6 milyon manat təşkil edib. SİAMaliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar proqnozdan 1.9% az icra edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% və ya 217,6 milyon manat azalıb.