2025-ci ilin yanvar-avqust aylarında gömrük xətti ilə büdcə daxilolmaları 4 160,6 milyon manat təşkil edib.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar proqnozdan 1.9% az icra edilib.
Qeyd edək ki, Dövlət Gömrük Xidməti xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% azalıb.