AZ

"Crocus" terror aktından sonra sağ qalanlar necə xilas olduqları barədə danışdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada terror aktı ilə bağlı cinayət işində zərərçəkmiş kimi tanınan "Crocus City Hall" konsert zalının ziyarətçiləri ölümdən necə xilas olduqları barədə danışıblar.
Oxu.Az-ın xəbərinə görə, bunu TASS-a terror aktı ilə bağlı məhkəmə prosesinin iştirakçısı danışıb.
Zərərçəkmişlər etiraf ediblər ki, xilas olmaq üçün özlərini ölü kimi göstərməli və ya silahlılar tərəfindən öldürülən insanların cəsədləri altında gizlənməli olublar.
"Dindirmə zamanı zərərçəkmişlərdən bəziləri məhkəmədə bildiriblər ki, qətliamdan sağ çıxmaq üçün özlərini ölü kimi göstərmək məcburiyyətində qalıblar. Şahidlər, həmçinin aydınlaşdırıblar ki, qorxduqlarından, bəziləri isə əslində nə baş verdiyini heç anlamadıqlarından şok vəziyyətində olduqları üçün çaşqınlıq vəziyyətinə düşüblər və nəyin bahasına olursa olsun, sağ qalmaq istəkləri onları xilas edib", - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, bəzi ziyarətçilər terrorçular tərəfindən öldürülən insanların cəsədlərinin altında gizlənərək sağ qala biliblər.
Seçilən
70
40
oxu.az

10Mənbələr