AZ

8 ayın hesabatı: Büdcə gəlirləri artıqlaması ilə icra olunub  

2025-ci  ilin yanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib.
 
Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 8 aylıq proqnozla müqayisədə 698,7 milyon manat və ya 2,7 faiz çoxdur.
 
8 ayda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çox - 11 milyard 561,1 milyon manat daxil olub.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  büdcəyə 30,3 milyon manat təmin edib ki, bu da proqnozdan 7,2 milyon manat və ya 31,0 faiz çoxdur. Büdcəyə sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 milyard 654,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
 
Büdcəyə proqnozdan aşağı gəlir təmin edənlərdən biri Dövlət Gömrük Komitəsidir. Qurum 8 ayda büdcəyə 4 milyard 160,6 milyon manat ödəyib ki, bu da proqnozun 98,1 faizi deməkdir. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcəyə daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.
 
2025-ci ilin 8 ayı ərzində dövlət büdcəsindən 22 308,0 milyon manat xərclənib. Bu, 23 milyard 725,9 milyon manat proqnozun 94 faizi deməkdir.
Seçilən
49
49
moderator.az

10Mənbələr