2025-ci ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu, proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozdan 7,2 milyon manat və ya 31 faiz, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 milyard 654,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.