AZ

Bu ərazilərdə işıq olmayacaq

 

Bu gün Xırdalan şəhəri, Masazır və Qobu qəsəbələrinin bir hissəsində işıq olmayacaq.

Azərişıq ASC-dən Sitat.info-ya verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyətin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində bu gün təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Həzi Aslanov, Hüseyn Arif küçələri, Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bildirilib ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Seçilən
38
19
sitat.info

10Mənbələr