Bu gün Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Publika.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində sentyabrın 2-də təmir-bərpa işləri aparılacaq.