AZ

Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva bu gün Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.

Redaktor.az xəbər verir ki, gəzinti çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla birgə şəkil çəkdirib.

Fotoların birində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da yer alıb.

Məlumata görə, Mehriban Əliyeva ilə Anna Akopyan ilk dəfə məhz ötən gün Çində bir araya gəliblər.

Qeyd edək ki, gəmi gəzintisinə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.

2222
Seçilən
51
14
redaktor.az

10Mənbələr