AZ

Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi

Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdiXəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva bu gün Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.

"Qafqazinfo"nun məlumatına görə, gəzinti çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla birgə şəkil çəkdirib.

Fotoların birində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da yer alıb.

Məlumata görə, Mehriban Əliyeva ilə Anna Akopyan ilk dəfə məhz ötən gün Çində bir araya gəliblər.

Qeyd edək ki, gəmi gəzintisinə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.
Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdiMehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdiMehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi

Seçilən
16
14
sonxeber.az

10Mənbələr