AZ

Tramp 7 ayda vaxtının 30%-ni qolf oynamağa sərf edib

ABŞ prezidenti Donald Tramp ikinci dəfə dövlət başçısı olduğu müddətdə vaxtının 30%-ni qolf meydançalarında keçirib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, belə hesablamaları Ağ Evin mətbuat xidməti aparıb.

Məlum olub ki, Tramp prezident olduğu 225 günün 66 gününü qolf meydançalarında keçirib.

"Bu, o deməkdir ki, yanvarın 20-dən o, günlərinin 29,3%-ni öz meydançalarında qolf oynayıb", - mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edilib ki, sentyabrın 1-də qeyd olunan Əmək Günündə Donald Tramp vərdişlərini dəyişməyib və həmin günü Virciniya ştatının Sterlinq şəhəri yaxınlığında yerləşən Tramp Milli Qolf Klubunda keçirib.

İlk prezidentlik dövründə Ağ Evin rəhbəri qolf meydançasında 307 gün keçirib. Amerika mediasının məlumatına görə, bu, uçuş xərcləri və prezidentlərin təhlükəsizliyi nəzərə alınmaqla vergi ödəyicilərinə 150 ​​milyon dollara başa gəlib.

QAZİLER.AZ

Seçilən
72
50
qaziler.az

10Mənbələr