Naxçıvan Muxtar Respublikasında super-intensiv bağçılıqla yanaşı intensiv bağçılıq da təşviq ediləcək:
Dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv qoz bağlarına – 5600 AZN; hündürlük məhdudiyyəti olmadan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarına – 4200 AZN subsidiya ödəniləcək.
Dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş super-intensiv şaftalı (nektarin) bağlarına – 24500 AZN; 1500 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından ən azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı (nektarin) və ərik bağlarına – 5000 AZN subsidiya ödəniləcək.
Dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv armud bağlarına – 25200 AZN; 300 metrdən hündür ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarına – 20000 AZN subsidiya ödəniləcək.
Dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv alma bağlarına - 32200 AZN; bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv alma bağlarına 21000 AZN subsidiya ödəniləcək.
Dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) super-intensiv fındıq bağlarına – 4400 AZN; bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 330 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarına – 3000 AZN subsidiya ödəniləcək.
Muxtar Respublikada 800 metrdən yuxarı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan və sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 1600 ədəd tingin əkildiyi, çəyirdəksiz sortlardan və filloksera zərərvericisinə davamlı calaqaltılar istifadə olunmuş, və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış super-intensiv üzüm bağlarına – 14700 AZN; 1500 metrdən yuxarı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 1250 ədəd tingin əkildiyi, filloksera zərərvericisinə davamlı calaqaltılar istifadə olunmuş, və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış intensiv üzüm bağlarına – 12500 AZN subsidiya ödəniləcək.