İşğaldan azad edilmiş ərazilərdə intensiv və super-intensiv bağçılıq təşviq ediləcək.
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 500 metr və ya daha yuxarı ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 400 ədəd sertifikatlı tingin əkildiyi intensiv şabalıd bağlarına – 3250 AZN/Ha;
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 550-1000 metr aralığındakı hündürlükdəki yerləşən ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv gilas bağlarına – 16250 AZN/Ha;
Ağdam, Ağdərə, Cəbrayıl və Zəngilan Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 150-500 metr aralığındakı hündürlükdə yerləşən ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı, patent sahibinə istifadəyə görə mükafatın ödənildiyi tingin əkildiyi intensiv şaftalı (nektarin) və ərik bağlarına – 15500 AZN/Ha;
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) super-intensiv qoz bağlarına – 4200 AZN/Ha;
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səiyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi ocağın olduğu) super-intensiv fındıq bağlarına – 4400 AZN/Ha əkin subsidiyası veriləcək.