AZ

Barış Alper Yılmaz "Qalatasaray"dan ayrılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" futbolçusu Barış Alper Yılmazın transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Neom" klubu ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, razılaşmaya görə, "Neom" 24 yaşlı hücumçu üçün İstanbul təmsilçisinə 40 milyon avro ödəyəcək.
Müqavilə şərtlərinə əsasən, futbolçunun sabiq klubu "Keçiörengücü" transferdən 20 faiz pay əldə edəcək.
Qeyd edək ki, "Qalatasaray" oyunçunun sonrakı satışından 10 faiz gəlir götürəcək və ilk satınalma hüququna sahib olacaq.
Seçilən
42
8
oxu.az

9Mənbələr