1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının 3-cü turunda "Brayton" "Mançester Siti"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin xeyrinə başa çatıb - 2:1.
34-cü dəqiqədə Erlinq Holand hesabı açaraq qonaqları irəli çıxarıb. Lakin "şəhərlilər" qələbəni əldən veriblər. 67-ci dəqiqədə Ceyms Milner penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Qələbə qolunu isə 89-cu dəqiqədə Brayan Qruda vurub.
Bu oyundan sonra "qağayılar" 4 xalla Premyer Liqanın turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Qvardiolanın yetirmələri isə 3 xalla 12-ci yerdədirlər.
Növbəti turda "Mançester Siti" sentyabrın 14-də "Mançester Yunayted"i qəbul edəcək.