AZ

ABŞ-ın Suriyada hakimiyyəti dəyişmək fikri yoxdur

Vaşinqtonun Suriyada hakimiyyəti dəyişmək fikri yoxdur. 

 

Senzor.az bildirir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak deyib. 

 

O bildirib ki, ABŞ-ın Suriyaya hərbçi göndərmək planı da yoxdur: "Vaşinqtonun prioriteti terrorla mübarizədir". 

 

Diplomat, həmçinin Suriyanın gələcəyi ilə bağlı hazırkı Prezident Əhməd Əl- Şaraaya inandığını bildirib: "Ona inanıram. Hədəflərinin bizim hədəflərimizlə eyni olduğuna əminəm. Bu, Suriyada sabitliyi təmin etməkdir. Ancaq fərqli etnik və məzhəb tələbləri bu prosesi çətinləşdirir".

 

Seçilən
40
4
senzor.az

5Mənbələr