AZ

Tom Barak: ABŞ-nin Suriyada hakimiyyəti dəyişmək fikri yoxdur

ABŞ-nin Suriyada hakimiyyəti dəyişmək fikri yoxdur. 

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak deyib. 

O bildirib ki, ABŞ-nin əraziyə hərbçi göndərmək planı da yoxdur: "Vaşinqtonun prioriteti terrorla mübarizədir". 

Diplomat, həmçinin Suriyanın gələcəyi ilə bağlı hazırkı Prezident Əhməd Əl- Şaaraya inandığını bildirib: "Ona inanıram. Hədəflərinin bizim hədəflərimizlə eyni olduğuna əminəm. Bu, Suriyada sabitliyi təmin etməkdir. Ancaq fərqli etnik və məzhəb tələbləri bu prosesi çətinləşdirir". (Report)

Seçilən
64
4
olke.az

5Mənbələr