AZ

ABŞ-də Trampın ölüm xəbərləri ilə bağlı şayiələr yayılır...

Amerika sosial şəbəkələrində üç gündür ictimaiyyət qarşısısına çıxmayan prezidentin əlindəki qəribə qara ləkələr səbəbindın ölməsi müzakirə olunur...

Poliqon xəbər verir ki, sosial şəbəkələrdə ABŞ-ın sabiq prezidenti Donald Trampın səhhəti ilə bağlı yeni iddialar gündəmə gəlib. İddialara səbəb Trampın əllərində görünən qəribə tünd ləkələr və onun son üç gün ərzində ictimaiyyət qarşısına çıxmaması olub.

İstifadəçilər Trampın nə televiziya efirinə çıxmaması, nə də hər hansı çıxış etməməsini şübhəli hesab edir. Bundan əlavə, diqqət çəkən bir neçə məqam da müzakirələrə əlavə əsas verib. Belə ki, Ağ Evin yaxınlığında yerləşən bir pizzaxanada sifarişlərin 476% artdığı bildirilir. Sosial şəbəkə istifadəçiləri bu faktı gizli görüşlər və ya fövqəladə hazırlıqlarla əlaqələndirirlər.

Digər tərəfdən, vitse-prezidenti Cey.Di. Vensin qəfil açıqlama verərək “nə isə dəhşətli bir hadisə baş verəcəyi təqdirdə prezident olmağa hazır” olduğunu deməsi də iddiaları gücləndirib. 

Bəzi ekspertlər hesab edirlər ki, Respublikaçılar Partiyası panikanın qarşısını almaq üçün Trampın sağlamlıq vəziyyəti ilə bağlı xəbərləri gizlədə bilər. Onların fikrincə, partiya daxilində mümkün ssenarilər müzakirə olunur və ictimaiyyətə açıqlama verməkdən çəkinirlər.

Hazırda bu iddialar rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə sürətlə yayılmaqda davam edir və Trampın yaxın günlərdə ictimaiyyət qarşısına çıxıb-çıxmayacağı maraqla gözlənilir.

Poliqon.info

Seçilən
67
29
poliqon.info

10Mənbələr